ABŞ-da Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub - FOTO
Millət vəkili Qənirə Paşayeva Hyustonda (ABŞ) Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak edib və mərkəzin rəhbəri, “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə görüşüb. Lent.az-ın məlumatına görə, Q.Paşayeva Amerikanın ən böyük şəhərlərindən biri olan Hyustonda belə bir mərkəzin açılmasının böyük əhəmiyyət daşıdığını deyib. Hyustonun mərkəzində belə yüksək səviyyəli mərkəzin açılması ilə burada Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin, həqiqətlərinin təbliği üçün daha geniş imkanlar yarandığını deyən millət vəkili bu işə dəstək verən hər kəsə təşəkkür edib.
Mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, konqresmen və senatorlar, Türkiyənin və Yunanıstanın Hyustondakı baş konsulları çıxış edərək mərkəzin əhəmiyyətindən, ABŞ-Azərbaycan münasibətlərindən danışıblar.
Q. Paşayeva mərkəzin rəhbəri, “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İ. Axundova ilə görüş zamanı bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan bütün Türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.

Oxşar yazılar

Dünyanın ən varlı siyasətçiləri kimdir? – İLK ONLUQ
8 aprel 2025 , 16:04
Vahid Əhmədovun oğlu hakim təyin ediləcək
7 aprel 2025 , 11:14
David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf etdi
4 aprel 2025 , 20:18
Eldar Əzizova yeni müavin təyin edildi
4 aprel 2025 , 19:05
Baxçalının yeni FOTOLARI - Türkeşin məzarını ziyarət etdi
4 aprel 2025 , 15:10
Putinin nə smartfonu, nə də interneti var - keçmiş kəşfiyyatçıdan rezonanslı MƏLUMATLAR
3 aprel 2025 , 19:46
Kamal Kılıçdaroğludan CHP sədrliyinə namizədlik sualına CAVAB
3 aprel 2025 , 18:03