Fikrət Məmmədov İAACA-nın Forumuna sədrlik edib
0
0
Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində 4-7 oktyabr tarixlərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) VI İllik Konfransı və Ümumi Yığıncağı, habelə İcraiyyə Komitəsinin iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransda Azərbaycanı ədliyyə naziri, İAACA-nın vitse-prezidenti Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.
Ümumilikdə 110 ölkədən 500-dən çox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının, habelə mötəbər beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi forumun açılışı və təntənəli sessiyaya sədrlik etmək Fikrət Məmmədova həvalə olunub. Açılış mərasimində Malayziya Krallığının baş naziri Mohd Nacib bin Tun Abd Razak, Assosiasiyanın prezidenti - Çinin Baş prokuroru Çao Cianminq, habelə BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli şəxsləri çıxış ediblər. Sonra plenar sessiyalar və seminarlar başlayıb, korrupsiya cinayətinin araşdırılmasında əsas istiqamətlər, hakimlərin və prokurorların korrupsiya ilə mübarizədə rolu, davranış kodeksləri, texniki əməkdaşlıq və bu kimi aktual məsələlər müzakirəyə çıxarılıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri və üzvləri iclaslara sədrlik və çıxışlar edib, korrupsiya ilə mübarizədə Assosiasiyanın rolundan və beynəlxalq əməkdaşlığın təşviqindən danışıblar. Ölkəmizin antikorrupsiya fəaliyyəti, o cümlədən məhkəmə sistemində bu sahədə aparılan təsirli islahatlar barədə keçirilmiş ətraflı prezentasiya böyük maraqla qarşılanıb. Tədbirdə korrupsiyaya qarşı əhatəli tədbirlərə dair Kuala Lumpur Bəyannaməsi qəbul olunub. Həmin sənədin hazırlanmasında ölkəmiz fəal iştirak edib.
Foruma Malayziya baş nazirinin müavini Muhyiddin bin Mohd Yassin yekun vurub. Konfrans çərçivəsində Malayziyanın hüquq-mühafizə və məhkəmə fəaliyyətinə məsul olan naziri, bu ölkənin Korrupsiyaya qarşı müstəqil Komissiyasının sədri, IAACA-nın prezidenti - Çinin baş prokuroru ilə ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq perspektivləri müzakirə olunub. Azərbaycanın Konfransın işinə və Assosiasiyanın inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib. Azərbaycanın antikorrupsiya fəaliyyətinə maraq göstərmiş bir sıra dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə keçirilmiş görüşlərdə ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, o cümlədən yeni Milli Fəaliyyət Planı, açıq hökumətin təşviqi, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaşlar üçün innovativ şəffaf xidmətlərin yaradılması, hakimlərin ən mütərəqqi üsullarla seçimi və digər işlər barədə məlumat verilib.
Tədbirlərdə Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov da iştirak edib.