“Müsavatın mənəvi terroru qarşısındayam”
Sabiq deputat Gülər Əhmədova “facebook” şəbəkəsindəki səhifəsini qapadıb.
Sabiq deputat şəbəkədəki son statusunda yazıb: "Əziz dostlar, təəssüf edirəm ki, daha sizinlə fikir bölüşdürə bilməyəcəm. Heç olmasa, sosial şəbəkələrdə ünsiyyət qura bilirdim. Bu konsitutsion hüququmu da "Yeni Müsavat" aldı əlimdən. Sağ olun, salamat qalın".
G.Əhmədovanın bir öncəki statusunun mövzusu da "Yeni Müsavat"dır. Bu dəfə yazır: "Dəhşətdir, Müsavatın mənəvi terrorunun qarşısındayam. Bu mənə 37-ci ildəki Beriyanı xatırladır. O zaman da bir çox şairlərimizin şerlərində sətiraltı fikirlər axtarıb, onları həm mənəvi, həm də fiziki terrora məruz qoyurdular. Ən acınacaqlısı odur ki, illərin siyasətçiləri bu xəbərə şərh verirlər. "Yeni Müsavat", mənə qarşı terroru saxlayın xahiş edirəm. Belə olmaz, insanlıq naminə! İnsanlıq naminə belə olmaz!"
Sabiq deputatın ittihamlarına "Yeni Müsavat" qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan da münasibət bildirib: "Hörmətli Gülər xanımın bu iddialarını başa düşə bilmədik. Ola bilər, iqtidar yetkililərindən kimsə ona “facebook” statusunda bundan belə açıqlamalar yazmağı qadağan edib. Burada bizlik nə var ki...Bizim hansı yetkimiz var ki, onun əlindən konstitusion hüquqlarını alaq? Tamamilə absurd, heyrətamiz dərəcədə yalana əsaslanan bir iddiadır”.
A. Ayxan qeyd edib ki, G. Əhmədova daxil olduğu video qalmaqalla hamının diqqət mərkəzindədir: “Onun bir sıra hüquqları, o cümlədən də ölkədən çıxmaq hüququnu əlindən alınıb. Görünür, onun yazışma hüququ da məhdudlaşdırılıb. Belədirsə, burada bizi günahlandırmaq gülüncdür”.
musavat.com

Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34