ABŞ səfiri 4 gün Şəkidə qonaq olacaq
05 oktyabr 2012 20:49 (UTC +04:00)

ABŞ səfiri 4 gün Şəkidə qonaq olacaq

0
Şəhər icra hakimiyyətində keçirilən görüşdə ABŞ səfirliyi ilə Şəki şəhəri arasında əlaqələrin daha da genişlənməsində belə görüşlərin əhəmiyyəti xüsusi vurğulanmışdır. Səfirə Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, əhalinin əsas məşğuliyyəti, turizm potensialı barədə ətraflı məlumat verilmişdir.

Bir neçə gün öncə Şəkinin 2700 illiyinin təntənə ilə qeyd olunduğu qonağın diqqətinə çatdırılıb.

Şəhərdə fəaliyyət göstərən “Şəki-İpək” ASC regionun ən böyük sənaye müəssisələrindəndir. Müəssisədə istehsal olunan ipək məmulatları dünyanın bir sıra ölkələrinə ixrac olunur. Şəki, həm də dünya əhəmiyyətli tarix-memarlıq abidələri ilə məşhurdur.

Səfir Riçard Morninqstar Azərbaycanda fəaliyyətə başladığı gündən Şəkiyə səfər etmək arzusunda olduğunu, hazırda bu şəhərdə olmağından məmnunluğunu, Sülh Korpusu könüllülərinin fəaliyyətinə göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını da bildirib.

O,4 gün Şəkinin qonağı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 853

Oxşar yazılar