Prezident İlham Əliyev Azərbaycan-Argentina dostluq qrupunun rəhbərini qəbul edib
04 oktyabr 2012 19:36 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan-Argentina dostluq qrupunun rəhbərini qəbul edib

0
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 4-də Argentina Respublikasının Deputatlar Palatasının Azərbaycan-Argentina dostluq qrupunun rəhbəri Roberto Mario Mouilleronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, görüşdə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyəti qeyd edilib, forumun dünyada beynəlxalq humanitar əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib.

Son illərdə ölkələr arasında əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf etdiyinin qeyd olunduğu görüşdə parlamentlərarası əməkdaşlığın önəmi vurğulanıb, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar