Almaniyanın birləşməsi günü Bakıda qeyd edildi
Almaniyanın Bakıdakı səfirliyi Almaniyanın birləşməsi günü münasibətilə tədbir keçirib. Lent.az-ın məlumatına görə, Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle tədbirə qatılan qonaqları salamlayıb. Daha sonra Almaniya silahlı qüvvələri əsgərlərinin ifasında iki ölkənin himnləri səslənib.
Tədbirdə Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov da çıxış edib. N.Səfərov qeyd edib ki, iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 2011-ci ildə 2010-cu ilə nisbətən 2 dəfə artıb. Nazir müavini həmçinin 2012-ci ilin yanvar-avqust aylarında ölkələr arasında əmtəə dövriyyəsinin ötən ilin analoji dövrü ilə nisbətdə 2,3 dəfə artdığını vurğulayıb. N.Səfərov bu gün Bakıda alman kapitalının iştirakı ilə 105 şirkətin fəaliyyət göstərdiyini bildirib.
Anaxanım Hidayətova

Oxşar yazılar

Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55