Rusiya prezidentinin xüsusi nümayəndəsi dialoqdan danışdı
04 oktyabr 2012 16:49 (UTC +04:00)

Rusiya prezidentinin xüsusi nümayəndəsi dialoqdan danışdı

0
“Azərbaycan və Ermənistan ziyalıları arasında dialoqun bərpa olunması üçün çox ciddi iş görmək lazımdır. Bunun üçün ilk növbədə prezidentlərin siyasi iradəsi lazımdır”.

Bu fikirləri APA-nın sualının cavabında Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

O, Ramil Səfərovun azadlığa buraxılmasının erməni cəmiyyətində gərginlik yaratdığını bildirib: “Bu, əlbəttə ki görəcəyimiz işi çətinləşdirir, amma hesab edirəm ki, dünyada ən mühüm dəyər – kompromisdir. İstənilən halda icmalar arasında görüşün təşkili istiqamətində işi davam etdirəcəyəm. Mən həmişə övladlarını müharibədə itirə biləcək analar və ataları düşünürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 957

Oxşar yazılar