Ramil Usubov BMT nümayəndəsini qəbul edib
03 oktyabr 2012 16:36 (UTC +04:00)

Ramil Usubov BMT nümayəndəsini qəbul edib

0
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir son illər Daxili İşlər Nazirliyi ilə BMT-nin Azərbaycandakı Nümayəndəliyi arasında əməkdaşlığın dərinləşməsindən məmnunluğunu ifadə edib və bu işdə F. Akçuranın əməyini yüksək qiymətləndirib.

F. Akçura fəaliyyəti müddətində ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, Azərbaycanda özünü tam təhlükəsiz hiss etdiyini, BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə hüquq-mühafizə orqanları, həmçinin Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 741

Oxşar yazılar