Azərbaycan-Macarıstan münasibətləri müzakirə olunub
03 oktyabr 2012 13:31 (UTC +04:00)

Azərbaycan-Macarıstan münasibətləri müzakirə olunub

0
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Macarıstan baş naziri ofisinin dövlət katibi, Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb. Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri geniş müzakirə edilib.

Görüşdə son bir ay ərzində Azərbaycan və Macarıstan əleyhinə aparılan əsassız təbliğat kompaniyasının bu münasibətlərə hər hansı ciddi təsir göstərmədiyi xüsusi qeyd olunub. Eyni zamanda 8-9 oktyabr tarixlərində Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Komissiyasının Budapeştdə keçiriləcək üçüncü iclası, habelə yüz nəfərdən çox azərbaycanlı və macar iş adamının qatılacağı biznes-forum haqqında ətraflı fikir mübadiləsi aparılıb. İki ölkə arasındakı iqtisadi münasibətlərlə bağlı yeni protokolun imzalanmasının nəzərdə tutulduğu bu iclasın yüksək səviyyədə keçirilməsi və gələcək əməkdaşlıq baxımından dönüş nöqtəsinə çevrilməsi üçün tərəflərin öz qüvvə və səylərini əsirgəməyəcəkləri vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 746

Oxşar yazılar