Finlandiyanın Azərbaycandakı səfirinin fəaliyyət müddəti başa çatıb
03 oktyabr 2012 10:13 (UTC +04:00)

Finlandiyanın Azərbaycandakı səfirinin fəaliyyət müddəti başa çatıb

0
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Finlandiya səfirinin ölkəmizdə fəaliyyətini yüksək qiymətləndirib, onun fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin inkişafına və genişlənməsinə töhfə verdiyini söyləyib.

Görüşdə Azərbaycan-Finlandiya arasında ikitərəfli əlaqələrin mövcud vəziyyəti məmnunluqla qeyd edilib və əməkdaşlığın genişlənməsi üçün potensialın olduğu vurğulanıb. Elmar Məmmədyarov Finlandiyalı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Petri Salo ölkəmizdən xoş təəssüratlarla ayrıldığını və ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirməkdə maraqlı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 913

Oxşar yazılar