“Euronews” Azərbaycanla bağlı reportajların sayını artırmağı planlaşdırır - FOTO
““Euronews” telekanalı Azərbaycan və bu ölkə ilə əlaqədar mövzuları BBC və CNN telekanallarından çox işıqlandırır. Bizim İTV kimi tərəfdaşımız var və ümid edirik ki, gələcəkdə Azərbaycan mövzusu reportajlarımızda daha çox yer alacaq. Biz Azərbaycan mövzusunu işıqlandırmaq üçün bizdən asılı olan hər şeyi edəcəyik”.
Bu fikirləri onlayn mətbuat konfransında APA-nın sualını cavablandıran “Euronews” telekanalının rəhbəri Maykl Piters deyib. Onlayn konfransda dünya ölkələrində 14 bürosu olan telekanalın fəaliyyətinə həsr olunmuş video rolik nümayiş etdirilib. “Euronews”da 800 nəfər işləyir, kanal 11 dildə yayımlanır, gələcəkdə yayımlanan dillərin sayını 13-ə çatdırmağı planlaşdırır.
Maykl Piters onlayn konfransda “Euronews” kanalının yaxın gələcək üçün inkişaf planlarından danışıb. Kanal dekabrda Afina və Budapeştdə büro açmağı planlaşdırır. Bundan başqa “Euronews” kanalının rumın dilində yayımlanması üçün Rumıniya ilə danışıqlar aparılır. Maykl Piters kanalın eyni adlı radiosunun yayıma başladığını, kanalın xəbərlərini mobil telefonlar və IPhone vasitəsilə izləmək mümkün olduğunu deyib.

Oxşar yazılar

"İran layiqli dərsini aldı" - İsrail səfiri ilə MÜSAHİBƏ
26 avqust 2025 , 19:27
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
26 avqust 2025 , 00:10
Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür
26 avqust 2025 , 00:03
Mehriban Əliyevanın doğum günüdür
26 avqust 2025 , 00:00
Ermənistanın hücumları nəticəsində zərər çəkmiş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
25 avqust 2025 , 20:27
Bəxtiyar Paşa Azərbaycandakı vəzifəsindən azad olundu
25 avqust 2025 , 18:26
Donald Tramp: "İlham, Siz böyük lidersiniz"
25 avqust 2025 , 18:22