Rövnəq Abdullayev ABŞ səfiri ilə görüşüb
0
0
Bu gün ARDNŞ-in baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüş keçirib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövnəq Abdullayev Riçard Morninqstarı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
Riçard Morninqstarın regionu yaxından tanıyan, enerji məsələlərini dərindən bilən təcrübəli diplomat olduğunu qeyd edən ARDNŞ prezidenti səfirə yeni vəzifəsində uğurlar arzulayıb. Riçard Morninqstar isə Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi neft-qaz sektorunda da böyük inkişaf müşahidə edildiyini, bu inkişafda ARDNŞ-nin mühüm rol oynadığını söyləyib. O, qarşıdakı illərdə şirkətin fəaliyyət dairəsinin daha da genişlənəcəyinə, dünya bazarında mövqelərinin möhkəmlənəcəyinə əminliyini bildirib.
Azərbaycanın neft-qaz sənayesində son dövrlərdə baş verən yeniliklər haqqında məlumat verən Rövnəq Abdullayev həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələrin gerçəkləşməsinə ABŞ-ın həmişə böyük dəstək verdiyini vurğulayıb. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rol oynaya biləcəyini dilə gətirən ARDNŞ prezidenti Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşdirilməsi istiqamətində aparılan işlərdən danışıb, bu sahədə fəaliyyətin daha da genişlənəcəyini nəzərə çatdırıb. Görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.