KXCP sədrinin müavini istefa verdi
02 oktyabr 2012 17:52 (UTC +04:00)

KXCP sədrinin müavini istefa verdi

0
Bu barədə musavat.com-a Ə. Yusibov özü məlumat verib. O bildirib ki, 1 oktyabr tarixindən etibarən KXCP sədrinin müavini və Daimi Seçki Qərargahının rəhbəri postlarından istefa verib. O deyib ki, bu addımının səbəbləri barədə yaxın günlərdə açıqlama verəcək: “Ola bilər, 7 oktyabrda keçiriləcək Ali Məclisin toplantısında bu barədə açıqlama verəcəm. Lakin bu açıqlamanı verməyim tezləşə də bilər”.

Ədalət Yusibov onu da söyləyib ki, o, KXCP-nin üzvü və Salyan rayon təşkilatının sədri kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Ədalət Yusibov hazırda İctimai Palatanın Koordinasiya Şurasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1053

Oxşar yazılar