Elmar Məmmədyarov Kubanın yeni səfirini qəbul edib
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronu qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Kubalı səfiri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Xarici işlər naziri yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini dilə gətirib. Görüşdə Azərbaycan-Kuba münasibətlərinin inkişafı üçün potensialın olduğu qeyd edilib və qarşılıqlı səfərlərin təşkil olunması zəruri sayılıb. Həmçinin iki ölkənin xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin aparılması da vacib hesab edilib.
Omar Kinetoro görüşdə ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu diqqətə çatdırıb və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək əzmində olduğunu bildirib.

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35