Xocavəndin işğalının ildönümü ilə bağlı tədbir keçirilib
Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirin əvvəlində Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olan Nərgiztəpə ərazisində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı sentyabrın 29-da keçirilmiş yürüş-mitinqdən hazırlanan film nümayiş etdirilib. Tədbirdə çıxış edən “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistanın Azərbaycana təcavüzünün tarixindən danışıb.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov isə çıxışında bildirib ki, Xocavənd rayonunun 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Daha sonra Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması analitik-informasiya şöbəsinin müdiri Elçin Əhmədov, Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin üzvü Umud Rəhimoğlu çıxış edərək bildiriblər ki, Ermənistan dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Sonda tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanın nəzarətində olmayan Dağlıq Qarabağ ərazilərinin və digər yeddi rayonun tezliklə işğaldan azad olunacağına və üçrəngli bayrağımızın həmin torpaqlarda dalğalanacağına əmin olduqlarını bildiriblər.

Oxşar yazılar

Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11