Azərbaycan prezidenti Fikrət Akçuranı və Roza Otunbayevanı qəbul edib
0
0
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, BMT-nin rezident əlaqələndiricisi F. Akçuranın ölkəmizlə BMT arasında əməkdaşlığın genişləndirilməsi işindəki xidmətlərini vurğulayan dövlət başçısı onun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Fikrət Akçura ölkəmizdə gedən davamlı inkişaf proseslərinin önəmini vurğulayıb, Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib.
Ölkə başçısı bu gün həmçinin Qırğız Respublikasının keçmiş prezidenti Roza Otunbayevanı qəbul edib. Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib. Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu vurğulayan xanım Roza Otunbayeva Bakıda, Gəncədə və respublikamızın digər regionlarında böyük infrastruktur layihələrinin həyata keçirilməsinin şahidi olduğunu deyib, ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurların onda dərin təəssürat yaratdığını qeyd edib.