ICAPP-ın Gənclər Birliyi yaradılacaq
02 oktyabr 2012 14:28 (UTC +04:00)

ICAPP-ın Gənclər Birliyi yaradılacaq

0
Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov oktyabrın 5-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclərin məşvərət iclasında Azərbaycanı təmsil edəcək.

DAGB-dan Lent.az-a verilən məlumata görə, səfər zamanı Malayziya baş nazirinin müavini Muhiddin Bin Hj Mohd Yasin, ICAPP həmsədrləri Jose de Venecia və Çunq Eui-Yong, Malayziya səhiyyə naziri Datuk Rosnah Binti Hj Abdul Raşid Şirlin, Kamboca baş nazirinin müşaviri Yara Suos və digər ölkələrdən qatılan rəsmilərlə görüşlər gözlənilir. Tədbir çərçivəsində ICAPP-ın Gənclər Birliyinin təsis edilməsi, Asiya Siyasi Partiyalarının gənc liderləri arasında əməkdaşlığın qurulması nəzərdə tutulub.





1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 745

Oxşar yazılar