Macarıstandan böyük heyət gəlir
0
0
Lent.az-ın məlumatına görə, 11 nəfərlik heyətin tərkibinə Macarıstan parlamentinin deputatı, parlamentin Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Marton Döndöşü, beynəlxalq hüquq üzrə görkəmli mütəxəssis, Macarıstan EA-nın həqiqi üzvü Hamza Qabor, Macarıstan İctimai Televiziyasının baş direktoru Balaş Medveçki, “Dunay” Televiziyasının baş direktoru Menyer Toboş, Macarıstan EA Dünya İqtisadiyyatı İnstitutunun direktoru, professor Andraş İnotai, Macarıstan EA Etnologiya və Humanitar Tədqiqatlar İnstitutunun direktoru, professor Balaş Baloq, Macarıstan Rektorlar Şurasının baş katibi, professor Zoltan Dubeçki və b. tanınmış şəxslər daxildir.
Macar qonaqlar Beynəlxalq Forumun işində iştirakla bir sırada azərbaycanlı həmkarları ilə görüşlər keçirməyi, gələcək əməkdaşlıq yollarını müzakirə etməyi və birgə layihələr üzərində işləməyi planlaşdırırlar. Onların respublikamıza səfəri 5 gün davam edəcək.