Azərbaycanla Kolumbiya arasında neft-qazla bağlı müzakirə aparılıb
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA), Kolumbiya Prezidenti yanında Beynəlxalq Əməkdaşlıq Agentliyi (APC-Colombia) və Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində 24 sentyabr – 2 oktyabr tarixlərində “Neft yataqlarının geologiyası və neftin emalı metodları üzrə innovasiyalar” mövzusunda təlim kursu təşkil edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, neft və qaz sənayesində aparıcı rola malik və dünyada sənaye üsulu ilə ilk neft çıxaran ölkə kimi tanınan Azərbaycan və Latın Amerikasının böyük neft istehsalçılarından biri olan Kolumbiya ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən təlimin əsas məqsədi neft və qaz sənayesində ən son təcrübə və biliklərin mübadiləsinin aparılması olub.
Təlim kursuna Kolumbiya, Kuba, Misir, Qambiya, Cənubi Afrika, Vyetnam və Yəməndən mütəxəssislər qatılıblar. Tədbirin proqramı neft yataqlarının geologiyasının nəzəri və praktiki əsasları, təkmilləşdirilmiş neft emalı metodları, neft quyularının geofiziki tədqiqatı və neft emalında nanotexnologiyanın tətbiqi kimi mövzuları əhatə edib. Cənub-Cənub əməkdaşlığının tərkib hissəsi olan bu təşəbbüs insan və institusional resursların və milli sistemlərin gücləndirilməsinə xidmət edir və neft emalı sahəsində istehsala və biliklərin, potensialın və yerli “nou hau”-nun istifadəsinə təkan verir. Eyni zamanda iştirakçılar təlim zamanı Azərbaycanın zəngin mədəniyyəti və tarixi barədə də öyrənmək imkanı qazanıblar. Sonda isə təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılar sertifikatlarla təltif edilib.
Təlim kursu Azərbaycan və Kolumbiyanın inkişaf etməkdə olan ölkələrə texniki yardım layihəsi çərçivəsində təşkil edilib.

Oxşar yazılar

60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib, 34 nəfər isə... - RƏSMİ
17 iyun 2025 , 18:22
İranın ali dini lideri Əli Xamenei kimdir: ailəsi nə qədər güclüdür?
17 iyun 2025 , 17:04
Azərbaycandan İsrailə MESAJ: Azərbaycanlıların yaşadığı şəhərlərdə dinc əhaliyə zərər yetirməyin
17 iyun 2025 , 14:26
İrandakı səfirliyimizin əməkdaşları və ailə üzvləri Azərbaycana gətirilib
16 iyun 2025 , 12:55
İsrail Ayətullah Əli Xamneyini öldürməyi planlaşdırırmı? Yeni TƏFƏRRÜATLAR
16 iyun 2025 , 11:04
Pənah Hüseyn partiya sədrliyindən istefa verib? - AÇIQLAMA -YENİLƏNİB
16 iyun 2025 , 10:40
Daha 36 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilə bilər - SİYAHI
16 iyun 2025 , 09:57