Bahar Muradova Albaniyaya gedir
0
0
Milli Məclisin bir qrup deputatı sabah Albaniyanın Tirana şəhərinə səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, parlamentin vitse-spikeri, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti qurumun payız sessiyasının işində iştirak etmək üçün oktyabrın 3-dən 8-dək Albaniyada səfərdə olacaq.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlardan Ağalar Vəliyev və Azay Quliyev daxildir.
Sessiya çərçivəsində əvvəlcə “ATƏT: sabitlik və təhlükəsizlik əsasında idarəetmə və inteqrasiyanın təşviqi” mövzusunda parlament konfransının keçirilməsi nəzərdə tutulur. Sonra sessiyada ATƏT regionunda milli-mədəni dəyərlərin müdafiəsi, maliyyə böhranına qarşı mübarizə, inkişafın stimullaşdırılmasında sərt iqtisadi siyasətin rolu və digər məsələlər müzakirə ediləcək. Nümayəndə heyətimizin üzvləri müzakirə edilən mövzularla əlaqədar öz fikirlərini bildirəcək.