Parlament bir sıra vacib qanun layihəsini qəbul edib
0
0
Lent.az-ın verdiyi məlumata görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” qanun barədə məlumat verib.
O deyib ki, prokurorluq orqanlarında və Hərbi Prokurorluq mülki şəxslər çalışırlar. Əli Hüseynli bildirib ki, qanuna dəyişiklik məhz bu şəxslərlə əlaqədardır. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Daha sonra Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əmək pensyiaları haqqında” qanuna dəyişiklik edilməsi barədə məlumat verib. Qanun layihəsi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə bağlı əmək pensiyalarını nəzərdə tutur. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
“Prokuorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” qanunlara və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə dəyişiklik edilib. Əli Hüseynli deyib ki, bu dəyişiklikl FHN əməkdaşlarının hüquq-mühafizə orqanlarının əməkdaşları statusuna malik olmaları ilə bağlıdır: “Digər hüquq-mühafizə orqanlarının əməkdaşları FHN-ə keçərkən əvvəlki stajları qorunub saxlanır. Layihələrdə bu məsələlər əksini tapıb”.
Ramiz