Oqtay Əsədov: “İstəyirlər ki, iynə olsun, rahat olsun…”
01 oktyabr 2012 16:49 (UTC +04:00)

Oqtay Əsədov: “İstəyirlər ki, iynə olsun, rahat olsun…”

0
Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Əvvəllər verilən medalların görkəmindən şikayətlənən millət vəkili Etibar Hüseynov deputat nişanı barədə də danışıb: “Biz deputatlara maşın, silah, fərli maaş verilmir. Cavan deputatları xaricə də aparmırlar. Yaxamıza taxdığımız deputat nişanı da bərbad vəziyyətdədir. Paytaxtda keçirilən tədbirlərdə, QHT-lərin tədbirlərində elə gözəl nişanlar paylanır ki… Ancaq bizim deputat nişanı hələ Nuh əyyamından qalma sancaqla taxılır. Deputatların bəziləri bahalı nişan sifariş edib taxırlar, ancaq hamının buna gücü çatmır”.


Spiker Oqtay Əsədov parlamentdə rəngli printer olduğunu söyləyib: “1990-cı illərdə verilən medalların dəyəri başqadır. İndi deyirsiniz ki, sizə kim hansı dostluq qrupundadır, kim hara gedir, bunlar başqa məsələlərdir. Nə vaxt imkan olacaq, səfərlərə göndəriləcəksiniz. Neynəyək, döş nişanları qızıldan olsun? İndi döş nişanlarını bağlamaq istəmirlər, istəyirlər ki, iynə olsun, rahat olsun”.


VHP sədri Sabir Rüstəmxanlı isə Etibar Hüseynova sərt reaksiya verib: “Kim ki, o nişanı taxmır, deməli, o nişanı təsadüfi alıb. Deputat nişanında üçrəngli bayraq əks olunub, üçrəngli bayraqdan gözəl nə ola bilər? Bir məsələni də deyim. Bəlkə müstəqilliyin 20 illiyi yox, müstəqilliyin bərpası medalı olsun!”


YAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, deputat nişanı bir cür olmalı, necə verilib, elə də daşınmalıdır: “Kimsə imkanlı adam brilyantdan, qızıldan yaxasına nişan vura bilər. Bu o demək deyil ki, gəlib Milli Məclisdə əyləşə bilər. Deputat nişanının dəyəri seçicidədir. Qalan başqa şeyin qiyməti yoxdur”.
Dünya ölkələrində müxtəlif medalların olduğunu, bir-birinə oxşadığını söyləyən Siyavuş Novruzov bildirib ki, buna xüsusi diqqət yetirmək lazım deyil.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2091

Oxşar yazılar