Azərbaycan prezidenti Fransa senatorlarını qəbul edib
01 oktyabr 2012 15:56 (UTC +04:00)

Azərbaycan prezidenti Fransa senatorlarını qəbul edib

0
Prezident İlham Əliyev oktyabrın 1-də Fransa Senatının enerji araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi senatorlar xanım Delfin Batay, Kristof-Andre Frassa və Jan-Klod Leniordan ibarət nümayəndə heyətini qəbul edib.

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Fransa Senatının enerji araşdırma qrupunu təmsil edən senatorların ölkəmizə səfərinin Azərbaycanla Fransa arasında əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Fransaya bu yaxınlarda səfər etdiyini məmnunluqla xatırlayan prezident İlham Əliyev bildirib ki, prezident Fransua Ollandla görüşü və səfər zamanı keçirdiyi digər görüşlər Azərbaycan-Fransa münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqləyib. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini qeyd edən dövlət başçısı Fransa Senatı nümayəndələrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.

Nümayəndə heyətinin bütün üzvlərinin Fransa Senatının enerji araşdırma qrupunu təmsil etdiyini vurğulayan Ladislas Poniatovski ölkələrimiz arasında mövcud əlaqələrin bütün sahələrdə, xüsusilə enerji sektorunda daha da genişləndirilməsində maraqlı olduqlarını deyib. L. Poniatovski Azərbaycan prezidenti İlham Əliyevin Fransa prezidenti Fransua Ollandla görüşən ilk prezidentlərdən biri olmasını xüsusi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 799

Oxşar yazılar