Milli Məclisdə Cənubi Azərbaycan mübahisəsi
“Azərbaycanlılar Cənubi Azərbaycanda keçən əsrdə 3 dəfə inqilab edib. Bu gün Cənubi Azərbaycan məsələsinin Avropa və ABŞ-da aktuallaşmasına sevinməliyik”. Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün parlamentin iclasında VHP sədri abir Rüstəmxanlı söyləyib.
Sabir Rüstəmxanlının sözlərinə görə, ABŞ-da bu məsələni qaldıran konqresmen Cənubi Azərbaycan məsələsini qaldırdığını, azərbaycanlıların isə ona etiraz etdiyindən təəccübləndiyini deyib: “İranda Azərbaycan millətinin varlığı əldən gedir. İran Ermənistana qaz, neft verir, bəlkə silah da ötürür, Azərbaycanın əleyhinə işləyir. Bu baxımdan həmkarımız Siyavuş Novruzovun İranla Azərbaycanın münasibətlərinin pozulmasına cəhdlərin olması barədə fikirlərinə etiraz edirəm”.
Sabir Rüstəmxanlı Nizami muzeyinin, “Azərnəşr”in yanında qaraj tikilməsini şəhərə hörmətsizlik sayıb. O, Şəhidlər Xiyabanının yanında soyqırım muzeyinin tikilməsini də zəruri hesab edib.
Vitse-spiker Ziyafət Əsgərov Rusiya hərbi bazalarının Ermənistana verilməsindən narahat olduğunu bildirib. O, Cənubi Azərbaycan məsələsinin ABŞ Konqresində qaldırılması ilə bağlı məsələdə isə mövqeyinin Siyavuş Novruzovla üst-üstə düşdüyünü bildirib: “Əgər o konqresmen məsələ qaldırsaydı ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, azad etsin, mən o halda konqresmeni səmimi sayardım. Bu məsələdə hissiyyata qapılmaq lazım deyil. İran məsələsini indi niyə qaldırırlar? Biz İranın, İran bizim ərazi bütövlüyümüzü tanıyır. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur, Ermənistan torpaqları da qədim Azərbaycan torpaqları olsa da, onda da gözümüz oxdur. Niyə ABŞ konqresmeni Qarabağ məsələsini qaldırmır? Deməli, məqsəd başqadır və ona görə də bu, bizə lazım deyil”.
Millət vəkili İqbal Ağazadə isə Ziyafət Əsgərovla razılaşmayıb: “Bu gün Avropa ölkələrində Qarabağ məsələsi ilə bağlı aksiyalarda iştirak edənlər əsasən Cənubi Azərbaycandan olan soydaşlarımızdır. Dövlətin mövqeyi fərqli ola bilər, amma ictimai və siyasi təşkilatlar Cənubi Azərbaycan məsələsində mövqe ortaya qoymalıdırlar. Ona görə də hesab edirəm ki, Ziyafət müəllim, bu məsələdə ən qorxaq və ən hissiyyata qapılan mövqeyi siz ortaya qoydunuz”.
Ramiz

Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28