Komitə sədri: “Deputatların etik davranış kodeksi hazırlansın”
01 oktyabr 2012 13:02 (UTC +04:00)

Komitə sədri: “Deputatların etik davranış kodeksi hazırlansın”

Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında payız sessiyasının qanunvericilik işlər planı müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Zahid Oruc təklif edib ki, Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş dinləmələr təşkil olunsun.

Xarici işlər nazirinin müavini Araz Əzimovun danışıqların dayanması barədə son bəyanatını xatırladan millət vəkili bildirib ki, xarici ölkə səfirlərinin iştirakı ilə parlamentdə bu məsələ ilə bağlı dinləmələrin keçirilməsi zəruridir: “Bəyan etməliyik ki, bundan sonra bütün məsuliyyət Ermənistanın üzərindədir, danışıqlardan Ermənistan imtina edir. Biz bu addımı ona görə atmalıyıq ki, lokal qarşıdurmalar olarsa, müharibə başlasa, məsuliyyət Ermənistanın üzərində olsun”.

Zahid Oruc qeyd edib ki, Milli Məclis dini simvolların təhqirinə görə sanksiyaların sərtləşdirilməsi barədə qanuna dəyişiklik etməlidir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə deputatların etik davranış kodeksinin hazırlanmasını və payız sessiyasında müzakirəyə çıxarılmasını təklif edib.


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066

Oxşar yazılar