Milli Məclis xüsusi komissiya yaratdı
0
0
Lent.az-ın verdiyi məlumata görə, bunu spiker Oqtay Əsədov Milli Məclisin bugünkü iclasında söyləyib.
Ramil Səfərovla bağlı məsələnin əsassız şişirdildiyini, Azərbaycana qarşı istifadə edilməyə çalışıldığını bildirən Oqtay Əsədov deyib ki, zabitimizin ekstradisiyası və əfv edilməsinin qanuna uyğun həyata keçirilib: “Ancaq Ermənistan terrorçuları əfv edir. Ermənistan prezidenti özü Xocalı qətliamında iştirak edib. Mən təklif edirəm ki, gələcəkdə bu kimi məsələlərə cavab vermək üçün Milli Məclisdə komissiya yaradılsın”.
Spikerin təklifi bəyənilib, xüsusi komissiya yaradılıb. Yaradılan komissiyanın üzvləri vitse-spiker Valeh Ələsgərov, millət vəkilləri Rasim Musabəyov, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Mübariz Qurbanlı və Sədaqət Vəliyevadır.