İctimai Palatada video müzakirəsi
Bu gün İctimai Palatanın (İP) növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və son günlərin əsas müzakirə mövzusu olan video qalmaqalı (Gülər Əhmədova ilə sabiq rektor Elşad Abdullayevin video görüntüləri) müzakirə olunub.
Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışında bu görüntülərin ölkədə böyük rezonans doğurduğunu deyib. O, məsələnin hüquqi araşdırılmasının və yeni seçkilər keçirilməsinin vacibliyini vurğulayıb.
Vəkil Aslan İsmayılov QHT-ləri video qalmaqalına biganə qalmamağa çağırıb.
İP üzvü Pənah Hüseyn məsələnin diqqətdə saxlanılması üçün İP-nin Tədqiqat Komissiyasının yaradılmasını təklif edib.
AXCP sədri Əli Kərimli isə ortaya çıxan video görüntüləri “yeni dönəmin başlanğıcı” adlandırıb. Ə. Kərimli mitinqlərin keçirilməsi məsələsinin gündəmə gətirilməsini də təklif edib.

1591