Türkiyəli nazir BMT-də Qarabağdan danışıb
29 sentyabr 2012 02:55 (UTC +04:00)

Türkiyəli nazir BMT-də Qarabağdan danışıb

BMT-nin Baş Assambleyasının 67-ci sessiyasında Türkiyəni təmsil edən xarici işlər naziri Əhməd Davudoğlu Dağlıq Qarabağ münaqişəsi barədə danışıb.

APA-nın «turkishjournal.com» saytına istinadən verdiyi xəbərə görə, türkiyəli nazir öz çıxışında münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb: “Hər dəfə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll yolunun tapılmasına ehtiyac olduğu barədə danışırıq. Lakin son 20 il ərzində bu istiqamətdə hər hansı bir konkret addım atılmayıb”.

Əhməd Davudoğlu həmçinin Suriyada vəziyyət, Myanma, Fələstin və Kipr məsələləri barədə BMT baş Assambleyasının iclasında Türkiyənin mövqeyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338

Oxşar yazılar