“Bələdiyyələr torpağı icarəyə vermək işinin öhdəsindən də gələ bilmirlər”
28 sentyabr 2012 17:44 (UTC +04:00)

“Bələdiyyələr torpağı icarəyə vermək işinin öhdəsindən də gələ bilmirlər”

“Bölgələrdə torpağı icarəyə verməkdən ötrü bələdiyyələr çox böyük prosedurlarla rastlaşır. Bir çox hallarda onun öhdəsindən də gələ bilmirlər”. Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Komitə sədrinin sözlərinə görə, qanunvericiliyə belə bir dəyişiklik nəzərdə tutulur ki, kənd təsərrüfatı üzrə mövsümi işlərdən ötrü torpaq ayrılırsa, o icarəyə bələdiyyənin qərarı ilə veriləcək: “Yəni burada başqa orqanlardan arayış və digər sənədlər tələb olunmayacaq. Bu hüquq o adamlara şamil ediləcək ki, həmin ərazidə yaşasın. Yəni burada torpaqların icarəyə verilməsi prosesi sadələşdirilir. Bunun üçün yuxarıda adlarını çəkdiyim qanunlara dəyişikliklər ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819

Oxşar yazılar