MM-in komitə sədri: “Sahə inzibati ərazi bölmələri yaradılacaq”
0
0
“Payız sessiyası ərzində həmçinin, ərazi sahələrinin yaradılması ilə əlaqədar böyük işlər aparılacaq”. Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.
A.Rəhimzadə bildirib ki, ötən sessiyada qəbul olunan qanuna əsasən Azərbaycanda o sahələrdə ki, icra hakimiyyəti orqanları ilə əhatə olunmayan yerlər var, orada sahə inzibati ərazi bölmələri yaradılacaq: “Bu strukturun yaradılması obyektiv zərurətdən irəli gəlir. Çünki müəyyən bir ərazinin böyük hissəsi, xüsusilə Bakının hansısa rayonunda 200 min əhali birbaşa rayon İcra Hakimiyyətinə baxır, öz müraciətlərini bu quruma edirlər. Hansı ki, bu ərazidə nə ayrı-ayrı bələdiyyələr var, nə də inzibati ərazi nümayəndəlikləri. Ona görə də, bu, 200-250 minlik əhaliyə xidmətin göstərilməsi çətinlik yaradır. Bəzən əhali bir sıra müraciətlərini, problemlərini mənzil istismar sahələrinə (MİS) ünvanlayır. Amma Şəhərsalma və Tikinci Məcəlləsinə əsasən MİS-lərin dövlət orqanı kimi yeri yoxdur”.
MM-in komitə sədrinin sözlərinə görə, gələcəkdə bu struktur ixtisara düşəcək və yaranacaq boşluğu aradan qaldırmaq üçün, əhaliyə yaxşı xidmət etməkdən ötrü idarəetmə təkmilləşdiriləcək: “İş planında digər məsələlər də var”.