Azərbaycan və Türkmənistan XİN başçıları Xəzərin statusunu müzakirə etdilər
28 sentyabr 2012 16:08 (UTC +04:00)

Azərbaycan və Türkmənistan XİN başçıları Xəzərin statusunu müzakirə etdilər

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Türkmənistanın Baş nazirinin müavini, eyni zamanda xarici işlər naziri olan Rəşid Meredov ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdə təhsil, mətbuat, iqtisadi, enerji və humanitar sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Elmar Məmmədyarov iki ölkənin diplomatik tədris müəssisələri arasında əməkdaşlıq sazişinin imzalanması təşəbbüsü ilə çıxış edib. Türkmənistanlı nazir öz növbəsində rəsmi mətbuat agentlikləri arasında əməkdaşlıq sazişinin imzalanmasını təklif edib. Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması ilə bağlı da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar