“Türkiyə həftəsi” Naxçıvanda yekunlaşdı
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan “Azərbaycanda Türkiyə Həftəsi” sentyabrın 27-də Naxçıvanda davam edib.
SAM-dan Lent.az-a verilən məlumata görə, “Azərbaycanda Türkiyə həftəsi” çərçivəsində SAM-ın direktoru Fərhad Məmmədov, SAM-ın Türkiyə üzrə koordinatoru Cavid Vəliyev, SAM elmi işçisi Şahmar Hacıyev, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Murat Yeşiltaş, İstanbul Şəhər Universitetinin müəllimi Müzəffər Şenəl, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Türkan Dağdevirəndən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olublar.
Səfər zamanı nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində “Türkiyə-Azərbaycan Münasibətləri: Reallıqlar və Perspektivlər” mövzusunda konfransda iştirak edib. Fərhad Məmmədov “Türkiyə-Azərbaycan Əlaqələri”, Murat Yeşiltaş “Yaxın Şərqdə cərəyan edən hadisələr və Türkiyə Xarici Siyasəti”, Cavid Vəliyev “Türkiyə-Azərbaycan Münasibətləri Regional Konteksdə”, Müzəffər Şenəl “Türkiyə-Avropa İttifaqı Əlaqələri” mövzularında məruzələr ediblər. Daha sonra məruzəçilər Naxçıvan Dövlət Universitetinin müəllim və tələbə heyətinin suallarını cavablandırıblar. Səfər Naxçıvanın tarixi-mədəni abidələrinin ziyarəti və Türkiyənin Naxçıvandakı baş konsulu Cenk Ünall tərəfindən verilən şam yeməyi ilə yekunlaşıb.

1098