Mətbuat Şurasında AIPS təmsilçiləri ilə görüş keçirilib
Azərbaycanda səfərdə olan Beynəlxalq İdman Assosiasiyasının (AIİPS) rəsmiləri və AIPS-in Gənc Reportyorlar Proqramı çərçivəsində dünyanın müxtəlif yerlərindən seçdiyi 19-25 yaşlı jurnalistlər qrupu Mətbuat Şurasında olub. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib, Şuranın ölkədə idman jurnalistikasının inkişafına, bu mövzuda yazan jurnalistlərinin əməyinin stimullaşdırılmasına yönələn tədbirlərindən danışıb.
Son illər ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini diqqətə çatdıran Əflatun Amaşov mövcud sahəni işıqlandıran medianın sürətli inkişafın şərtlərinə adekvat fəaliyyət göstərməsini zəruri sayıb.
Qeyd edək ki, sentyabrın 21-dən 24-dək Bakıda AIPS-in İcraiyyə Komitəsinin iclası keçirilib. Bununla əlaqədar olaraq AIPS prezidenti Canni Merlo başda olmaqla, təşkilatın rəhbərliyi və eləcə də qitələr üzrə müvafiq qurumlarının təmsilçiləri ölkəmizə gəliblər. Xarici jurnalistlər Bakıda 17 yaşlı qızlar arasında keçirilən futbol üzrə dünya çempionatını da izləyir, çempionat gedişində təmsil etdikləri media qurumları üçün reportajlar hazırlayırlar. AIPS Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyi ilə Bakıda gənc idman jurnalistləri üçün tədris proqramı da həyata keçirməkdədir.

622