Siyavuş Novruzov Gülər Əhmədovanın deputat toxunulmazlığından danışdı
“İş üzrə məhkəmə-portret, video və audioyazılarıla bağlı kriminalistik ekspertizalar keçirildikdən və hüquq-mühafizə orqanı buna hüquqi qiymət verdikdən sonra biz buna öz rəyimizi bildirəcəyik”.
Bunu Lent.az-a açıqlamasında Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı yayımlanmış videoçəkilişlə əlaqədar cinayət işinin başlamasına münasibət bildirən Milli Məclisin İntizam komissiyasının sədri Siyavuş Novruzov söyləyib.
Siyavuş Novruzov bildirib ki, bu iş hüquqi qiymət alandan sonra hüquq-mühafizə orqanı tərəfindən parlamentə müraciət oluna bilər. O, Gülər Əhmədovanın deputat toxunulmazlığı parlamentdə ləğv edilmədən dindirilməsinin mümkün olduğunu da qeyd edib: “Dindirilmə ilə bağlı parlamentdə deputat toxunulmazlığının ləğvinə ehtiyac yoxdur. Burada həbs-qəti imkan tədbiri seçilmir ki...”
Qeyd edək ki, bu gün Baş Prokurorluq qalmaqallı video görüntü ilə bağlı cinayət işi başlandığı barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, iş üzrə məhkəmə-portret, video və audioyazıların kriminalistik ekspertizaları təyin edilib, müvafiq orqanlara tapşırıqlar göndərilib, zəruri sorğular və əməliyyat tapşırıqları verilib. Hazırda iş üzrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

4425