Erməni federasiya prezidenti Bakıya dəvət olunub
“Ermənistan Şahmat Federasiyasının prezidenti 2016-cı ildə Azərbaycanda keçiriləcək beynəlxalq Şahmat Olimpiadası ilə bağlı Təşkilat Komitəsində çalışmağa dəvət olunub”. Lent.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən “Körpülərin salınması” aslı beynəlxalq konfransda Almaniya Şahmat Federasiyasının direktoru Horst Metzing bildirib.
O qeyd edib ki, bu yaxınlarda İstanbulda keçirilən Beynəlxalq Şahmat Federasiyasının konfransında da erməni nümayəndə heyətinin Azərbaycanda keçiriləcək olimpiadaya etirazı zamanı bu dəvət xatırladılıb: “Güman edirəm, Ermənistan tərəfi bu dəvəti qəbul edər və Olimpiadanın keçirilməsilə bağlı narazılıq olmaz. Əgər ermənilər Azərbaycanda keçirilən bu tədbirlə bağlı narazılıqları varsa bununla bağlı Təşkilat Komitəsində iştirak edərək bütün obyektivliyə özləri şahid ola bilərlər. Məncə, bu, ən optimal variantdır”.
Mübariz Aslanov

846