Nazir müavini: “Biz buna görə ermənilərə etiraz eləmirik...”
28 sentyabr 2012 12:12 (UTC +04:00)

Nazir müavini: “Biz buna görə ermənilərə etiraz eləmirik...”

Lent.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən “Körpülərin salınması” adlı beynəlxalq konfransda Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib.

O qeyd edib ki, Azərbaycan heç vaxt bu məsələyə qarşı olmayıb: “Ermənilər həmişə Azərbaycanda beynəlxalq dərəcəli möhtəşəm yarışlar keçiriləndə öz təhlükəsizliklərini, guya bizim onların burada yarışlara qatılmalarına mane olacaqlarımızı bəhanə edib səs-küy salırlar. Amma bu ağ yalandır, ermənilərin bəhanəsidir və Azərbaycan heç vaxt erməni idmançıların Azərbaycanda iştirakına mane olmayıb”.

İ.İsmayılov deyib ki, idman siyasətdən, dövlətlərarası münaqişədən kənardır və Azərbaycan heç vaxt idmanı siyasətə qarışdırmayıb. Azərbaycanda hazırda yeniyetmə qızlar arasında dünya çempionatının keçirildiyini xatırladan nazir müavini bildirib ki, ermənilər buna da etiraz edirdilər, çempionatın Azərbaycanda keçirilməsinin əleyhinədirlər: “Amma biz, onlardan fərqli olaraq, Ermənistanda hansısa yarışın keçirilməsinə etiraz etməmişik. Biz buna görə ermənilərə etiraz etməmişik, istənilən yarışı, imkanları varsa, keçirsinlər”.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1663

Oxşar yazılar