Minsk Universitetinə Azərbaycanla bağlı kitablar hədiyyə edilib - FOTO
28 sentyabr 2012 11:45 (UTC +04:00)

Minsk Universitetinə Azərbaycanla bağlı kitablar hədiyyə edilib - FOTO

Sentyabrın 27-də Belarus Azərbaycan Gəncləri Təşkilatı (AMB) sədri və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) koordinatoru Orxan Muxtarlı Minsk İdarəçilik Universitetinin kitabxanasına Azərbaycanla bağlı 50-dən çox kitab hədiyyə edib.

ASAİF mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kitablar ermənilərin Qafqaza köçürülməsi, erməni terroru və Azərbaycan xalçaları ilə bağlı mövzuları əhatə edir.

Kitabxanaya kitablarla birlikdə Azərbaycan həqiqətlərini əks etdirən buklet və broşurlar da hədiyyə edilib. Kitabxananın rəhbərliyi kitabların dəyərli olduğunu, Azərbaycanla maraqlanan tələbələrin bu kitablardan dəyərlənməklə öz biliklərini artıracaqlarını bildirib.

Orxan Muxtarlı daha sonra Belarus Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Reznikov Vadim Yevgeniyeviçlə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar