Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Sentyabrın 27-də xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən Ermənistan Respublikasının silahlı qüvvələrinin hələ də çıxarılmaması nəticəsində rəsmi İrəvanın birbaşa günahı ucbatından yaranmış durğunluq vəziyyəti müzakirə edilib.
Elmar Məmmədyarov Ermənistan tərəfinin status-kvonu saxlaması üçün bütün hiylə və bəhanələrə əl atdığını bildirib. Həmsədrlər öz ölkələrinin prezidentlərinin verdiyi bəyanatları bir daha təsdiq edərək, hazırkı status-kvonun qəbul edilməz olduğunu vurğulayıblar. Elmar Məmmədyarov isə vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qaldığı müddətdə regionda sülh, təhlükəsizlik və sabitlik təhdid altında olacaq.

758