Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb
27 sentyabr 2012 19:38 (UTC +04:00)

Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Filip Qordon ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Filip Qordon NATO-nun Əfqanıstandakı fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırıb, bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Görüşdə tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar