Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi və Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniya nümayəndə heyətinə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi elçisi, səfir Antye Lendertze başçılıq edib.
Xələf Xələfov Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Almaniyanın Azərbaycan üçün vacib strateji ölkə olduğunu diqqətə çatdıran Xələf Xələfov mövcud əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Xələf Xələfov iki ölkə parlamentləri arasında təmasların artırılmasını əhəmiyyətli sayıb, bunun ikitərəfli münasibətlərin vacib komponenti olduğunu diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan nazir müavini Xələf Xələfov münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarının hazırkı vəziyyətindən söz açıb. Onun sözlərinə görə, Ermənistan müxtəlif bəhanələr gətirməklə münaqişənin sülh yolu ilə həllini uzadır, mövcud status kvo Azərbaycan üçün qəbuledilməzdir. Münaqişənin həllinin uzanması regionun Avro-Atlantik məkana inteqrasiyasına da əsas maneədir. Xələf Xələfov vurğulayıb ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməli və məcburi köçkünlər öz doğma yerlərinə qayıtmalıdırlar.
Antye Lendertze ölkəmizə səfərindən və ölkələrimiz arasında müxtəlif sahələrdə faydalı əməkdaşlığın mövcudluğundan məmnunluğunu bildirib. O, Azərbaycanı ölkəsi üçün strateji tərəfdaş və regionda əsas partnyor ölkə hesab etdiyini qeyd edərək, bu kimi məsləhətləşmələrin müntəzəm keçirilməsinin mövcud münasibətlərin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb. Antye Lendertze Azərbaycanın regionda və beynəlxalq arenada nüfuzunun artdığını və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi ölkəmizlə müxtəlif çoxtərəfli formatlarda əməkdaşlığa və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinə xüsusi əhəmiyyət verdiklərini nəzərə çatdırıb. Almaniya nümayəndə heyəti qarşlılıqlı investisiyaların, xüsusilə kiçik və orta həcmli şirkətlərin fəaliyyətinin təşviq edilməsinin əhəmiyyətini qeyd etməklə yanaşı, böyük alman şirkətlərinin də Azərbaycan tərəfindən elan olunmuş tenderlərdə iştirakını ön plana çəkib. Antye Lendertze ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından olduqca mühüm olan Azərbaycan-Almaniya Ticarət Palatasının yaxında fəaliyyətə başlamasını xüsusilə qeyd edib. Antye Lendertze ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxunub, bu sahədə əməkdaşlığın vacibliyini vurğulayıb. Azərbaycanın avro-atlantik strukturlara inteqrasiya prosesindəki əldə etdiyi uğurları yüksək qiymətləndirən Antye Lendertze ölkəmizin BMT və digər beynəlxalq təşkilatlarda konstruktiv rol oynadığını söyləyib.

639