Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb
27 sentyabr 2012 18:20 (UTC +04:00)

Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assembleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında əlaqələr və qurumun BMT və digər beynəlxalq təşkilatlar yanında müşahidəçi statusu alması istiqamətində görülən işlər müzakirə olunub.


Eyni zamanda təşkilata üzv ölkələr arasında iqtisadi inteqrasiyanın artırılması, müxtəlif regionlarda diplomatik nümayəndəliklər səviyyəsində məsləhətləşmələr mexanizminin yaradılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar