Latviya prezidenti: “Qarabağda toqquşmaların sayının artmasından narahatıq”
27 sentyabr 2012 17:46 (UTC +04:00)

Latviya prezidenti: “Qarabağda toqquşmaların sayının artmasından narahatıq”

0
Latviya prezidenti Andris Berzinş BMT Baş Məclisinin 67-ci sessiyasında beynəlxalq münaqişələrin dayandırılması üçün mümkün olan hər şeyi etməyə çağırıb, habelə bildirib ki, Şərqi Avropa Təhlükəsizlik Şurasında təmsil olunmalıdır. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Avropada uzun sürən münaqişələrin olduğunu vurğulayan A. Berzinş deyib: “Biz Dağlıq Qarabağda toqquşma hallarının sayının artmasından əvvəlki kimi narahatıq. Diqqətimizi etimada kömək edən tədbirlər üzərində cəmləməliyik. Bu qeyri-sabit regionda irimiqyaslı hərbi təlimlərdən çəkinmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 750

Oxşar yazılar