Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması AEGEE-yə etiraz etdi
0
0
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması, Ermənistan Respublikası tərəfindən işğal olunmuş və etnik təmizlənməyə məruz qalmış Dağlıq Qarabağ bölgəsində Avropa Tələbələri Forumunun (AEGEE) nümayəndəliyinin açılmasına etiraz edib. Lent.az-ın verdiyi məlumata görə, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması bununla bağlı AEGEE prezidenti Luis Alvarado Martinezə ünvanlanan bəyanatında qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunub.
Eyni zamanda beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ torpaqlarını Azərbaycan ərazisi hesab edir. Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması Luis Alvarado Martinez və eləcə də Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağda AEGEE nümayəndəliyinin açılmasında iştirakçı olan təşkilatçıların nəzərinə çatdırır ki, artıq 20 ildir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik digər 7 rayonu işğal edib, hələ də işğal altında saxlayır. Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlaması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir: “Dağlıq Qarabağ Respublikası” adlanan qondarma qurumu heç bir dövlət tanınmayıb və sizin bu bölgədə təşkilatınızın nümayəndəliyinin açılması qeyri-qanunidir. Bir daha nəzərinizə çatdırmaq istərdik ki, Dağlıq Qarabağ ərazisində həyata keçirilən hər bir tədbir və layihələriniz Azərbaycan dövlətinin icazəsi və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının iştirakı olmadan həyata keçirilə bilməz. Bu, beynəlxalq hüquq və normalara ziddir. Çünki bu torpaqlarda tarixən yaşamış olan azərbaycanlılar Ermənistan dövlətinin həyata keçirdiyi etnik təmizləmə və soyqrım siyasəti nəticəsində bu gün onlar öz doğma yurd yuvalarına qayıtmaq imkanından məhrum olunublar. Bir daha Sizdən xahiş və tələb edirik ki, bu məsələni yenidən düşünəsiniz. Çünki bu cür təşəbbüslər nəinki təkcə danışıqlar prosesinə, həm də bölgənin gələcək statusuna və inkişafına çox ciddi zərbə vura bilər”.