Bahar Muradova: “Azərbaycanın bu məsələyə xüsusi hazırlığı yoxdur...”
27 sentyabr 2012 14:47 (UTC +04:00)

Bahar Muradova: “Azərbaycanın bu məsələyə xüsusi hazırlığı yoxdur...”

“ATƏT Parlament Assambleyasının növbəti payız sessiyasında ermənilərin Ramil Səfərovun əfv olunması məsələsini qaldıracaqları ehtimal olunur”.

Lent.az-ın Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova söyləyib. Bahar Muradova deyib ki, Azərbaycanın sessiyada bu məsələyə xüsusi hazırlığı yoxdur, çünki Ramil Səfərov həbsdə olanda Azərbaycan dövlətinin və ictimai siyasi xadimlərin qarşısında duran məqsəd ondan ibarət idi ki, Ramil Səfərov Azərbaycana ekstradisiya olunsun: “Bu gün bu vəzifə yerinə yetirilib, zabitimiz Ramil Səfərov artıq Azərbaycandadır. Bu məsələnin ətrafında Ermənistan tərəfindən qaldırılan hay-küyü, ajiotajı isə başa düşmək olar. Çünki onlar düşdükləri vəziyyətin acınacaqlı olduğunu dərk edirlər. Bütün mənalarda bu addım çox yumşaq şəkildə desək, onlara bir tərs sillə kimi dəydi və onlar müxtəlif beynəlxalq tədbirlərdə qaldırılar. ATƏT PA-nın sessiyasında da qaldıracaqlarına şübhə etmirəm. Amma nə qədər bu məsələ ətrafında müzakirələr açılsa da, artıq erməni hay-küyünün, erməni yalanının, erməni işğalının və təcavüzünün Azərbaycan ərazilərini işğalda saxlamasını ört basdır edə bilməyəcək. Ermənistan status-kvonun qəbuledilməzliyi haqqında həmsədrlərin fikirlərini arxa plana keçirə bilməyəcək”.


Bahar Muradova qeyd edib ki, bu gün bu cəhdlərin mahiyyətində yalnız bir məsələ dayanır: “Məqsəd diqqəti xırda faktlara yönəltmək, münaqişənin əsas mahiyyətini yox, onun elementlərini müzakirəyə çıxarmağa çalışmaqdır. Bu ermənilərin cəhdidir və əlbəttə belə bir cəhd olacaqsa biz onun müqabilində öz fikirlərimizi söyləyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1973

Oxşar yazılar