ATƏT mətbuat xidmətlərinin rəhbərləri üçün seminar keçirəcək
27 sentyabr 2012 12:41 (UTC +04:00)

ATƏT mətbuat xidmətlərinin rəhbərləri üçün seminar keçirəcək

“Bu ilin noyabr ayında ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları üçün seminar keçiriləcək”. Lent.az-ın məlumatına görə, bunu Ombudsman Aparatında təşkil olunan “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın müzakirəsinə dair tədbirdə Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev bildirib.

V.Əliyevin sözlərinə görə, medianın əsas vəzifəsi dövlət orqanlarının fəaliyyəti ilə bağlı informasiyanı obyektiv şəkildə cəmiyyətə çatdırmaqdır: “Operativ informasiya istisna olmaqla, dövlət qurumları məlumatlarını internet resurslarında yerləşdirməlidir və KİV-lər də bundan yararlanmalıdır”.

PA-nın sektor müdiri onu da vurğulayıb ki, son zamanlar dövlət qurumları ilə media arasında əlaqələr daha da inkişaf edib.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar