Mahmud Məmmədquliyev: “Əsas maneə Dağlıq Qarabağ məsələsidir”
“Azərbaycanın hələ ki, Avropa İttifaqına üzv olmaq istəyi yoxdur. Biz ən qabaqcıl və ali Avropa təcrübəsini Azərbaycana transformasiya edəndən sonra ölkə rəhbərliyi buna qərar verə bilər”. Lent.az-ın məlumatına görə, bunu Bakıda keçirilən “Körpülərin salınması” beynəlxalq konfransında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
O qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa 1996-cı ildə başlayıb və ötən dövrdə müxtəlif danışıqların müxtəlif əməkdaşlıq proqramlarının 30 maddəsi üzrə artıq razılığa gəlinib, lakin təəssüf ki, bu günədək Dağlıq Qarabağ maddəsi üzrə razılığa gəlinməyib: “Biz bununla bağlı ilkin versiyanı təqdim etmişik, lakin hələ cavab almamışıq”.
M.Məmmədquliyev Avropa İttifaqının Dağlıq Qarabağ üzrə məsələdəki mövqeyi ilə Azərbaycanın razı olmadığını deyib. O bildirib ki, bu günədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların aydın mövqeyi, konkret ismarıcı ortada olmayıb: “Baxmayaraq ki, başqa münaqişələrlə bağlı Avropa İttifaqının konkret mövqeyi olub, Azərbaycana gələndə deyirlər ki, ATƏT-in Minsk Qrupunun bu məsələdə mövqeyini dəstəkləyirik, onların hər hansı qərarını verməsini gözləyirik. Bu mövqe kifayət etmir, çünki Ermənistan bu cür yanaşmalardan istifadə edərək münaqişənin həlli prosesini uzadır”.
Nazir müavini bildirib ki, Azərbaycanın Aİ ilə bütöv əməkdaşlığı mümkün ola bilər, lakin əsas maneə Dağlıq Qarabağ məsələsidir. O, həmçinin Aİ ilə əməkdaşlığa toxunaraq bildirib ki, Azərbaycan Cənub Qaz dəhlizinin həyata keçirilməsinin tərəfdarıdır: “Burada Azərbaycan həm təchizatçı, həm tranzit ölkə kimi iştirak etmək istəyir”.
Mübariz Aslanov

1239