Bahar Muradova: “Mən anama necə deyim ki...”
27 sentyabr 2012 12:13 (UTC +04:00)

Bahar Muradova: “Mən anama necə deyim ki...”

Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda keçirilən “Körpülərin salınması” adlı beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, bu münasibətlərdə Avropa dəyərlərinin Azərbaycana gətirilməsi və Azərbaycanın malik olduğu qədim ənənələrin Avropaya təqdim olunması mühüm rol oynayır: “Biz Avropa ilə birgə çox layihələrə imza atmışıq, xüsusilə də parlament sahəsində. Bunların arasında Azərbaycanın müəllifliyi ilə yaradılan Avronest PA ciddi faktordur”.

B.Muradova həmçinin deyib ki, bütün bunlara baxmayaraq, hələ də bəzi beynəlxalq təşkilatlar hələ də Azərbaycana qarşı ikili standart mövqeyindən əl çəkmirlər: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının rəsmən qəbul olunması üçün BMT-nin 4 qətnaməsinin, o cümlədən ATƏT-in müvafiq sənədlərinin olmasına baxmayaraq, hələ də bəzi təşkilatlar Ermənistanı işğalçı kimi tanımırlar: “Körpülər heç vaxt birtərəfli salına bilməz, bu, qarşılıqlı olmalıdır. Azərbaycan işğalla bağlı beynəlxalq təşkilatlar tərəfindən verilmiş qərarları qəbul edir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Daim bizimlə görüşlərdə Ermənistanla ciddi kompromislərin vacibliyindən bəhs edirlər. Mən özüm də Azərbaycanda işğal olunmuş torpaqlardan köçkün həyatını yaşayan 1 milyon insandan biriyəm. Qaçqın və məcburi köçkünlərin deputatıyam. Düşünürəm ki, işğal faktoru aradan qalxmayınca hansısa qarşılıqlı müzakirələrdən, kontaktlardan bir nəticə olmayacaq. Bu gün 84 yaşlı anam Tanrıdan möhlət yox, dünyasını dəyişən zaman öz doğma torpağında dəfn olunmasını istəyir. Mən ona necə izah edim ki, ermənilərə güzəştə getməliyik... O, torpağına dönmək istəyir. Bu, onun Allahdan verilən haqqıdır. Avropa Parlamenti hər bir insanın haqqını özünə qaytarmalıdır”.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2769

Oxşar yazılar