Məsud Yılmaz: “Zaman Azərbaycanın xeyrinə işləyir”
“Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsinin səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Türkiyənin sabiq baş naziri Məsud Yılmaz deyib. Onun sözlərinə görə, Ermənistanın ədalətsiz mövqeyini davam etdirməsi artıq mümkün deyil: “Bunu bir qədər əvvəl Azərbaycan prezidenti ilə keçirilən görüşümüzdə də dedim. Zaman Azərbaycanın xeyrinə işləyir. Əvvəl-axır ermənilər mütləq razılaşmalı olacaqlar”.
Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyətinə toxunan M.Yılmaz bildirib ki, bir müddət əvvəl Ermənistanın məkrli siyasəti nəticəsində bu münasibətlərə kölgə düşsə də, indi əlaqələr çox yaxşı səviyyədədir: “Qaz sahəsində əməkdaşlıq bu əlaqələrin daha da yaxşılaşmasına kömək edir. Hər iki ölkə buna çalışır. Millətlər arasındakı münasibətləri nəzərə alanda, başqa cür olması mümkün də deyil”.
Sabiq baş nazir Azərbaycan və Türkiyə arasında hərbi sahədə də çox yaxşı əməkdaşlıq olduğunu vurğulayıb: “Azərbaycan müstəqillik qazanandan sonra Türkiyə buradakı Silahlı Qüvvələrin təhsil sisteminə çox böyük dəstək verib. Bu prosesin davam etməməsi üçün heç bir səbəb də yoxdur. Azərbaycan və Türkiyənin birgə siyasəti bölgədə sülhün bərqərar olmasına, beynəlxalq münaqişələrin sülh yolu ilə həllinə xidmət edir. Bunun üçün isə hərbi güc olmalıdır”.
“Bakıya ilk dəfə 1998-ci ildə gəlmişəm. İndi gələndə Bakını tanımadım. Bu da Azərbaycanın yüksək sürətli inkişafından xəbər verir” - deyə M.Yılmaz qeyd edib.
Qeyd edək ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən bu müstəqilliyi tanıyan ilk ölkə Türkiyə olub. Həmin vaxt Türkiyə hökumətinə M.Yılmaz rəhbərlik edib.

1437