Bahar Muradova Gülər Əhmədovanın videosundan danışdı
27 sentyabr 2012 10:37 (UTC +04:00)

Bahar Muradova Gülər Əhmədovanın videosundan danışdı

“Gülər Əhmədova ilə bağlı yayılmış videoya dair yalnız müvafiq qurumlar rəy və fikirlərini söyləyəndən sonra hansısa şərh vermək mümkündür”.
APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. O bildirib ki, indiki halda bununla bağlı hansısa fikir söyləmək mümkün deyil.


Qeyd edək ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.

G. Əhmədova isə APA-ya açıqlamasında video materialın montaj olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5609

Oxşar yazılar