Vaşinqtonda Azərbaycandan danışıblar
27 sentyabr 2012 04:41 (UTC +04:00)

Vaşinqtonda Azərbaycandan danışıblar

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbir çərçivəsində Azərbaycan Diplomatik Akademiyasının əməkdaşı Taleh Ziyadovun bu mövzuya həsr olunmuş kitabının təqdimat mərasimi baş tutub.
Açılış nitqi ilə çıxış edən İnstitutun direktoru professor Fred Star sözügedən konfransın məhz Avrasiyada ticarət üçün regional kommunikasiyanın rolunun artdığı bir ərəfədə keçirilməsinin önəmindən bəhs edib.

T.Ziyadov çıxışında Azərbaycanda həyata keçirilən transregional xarakterli irimiqyaslı infrastruktur layihələr barədə məlumat verib, bu xüsusda Bakı-Tbilisi-Qars dəmiryolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərnişin və yük daşıma terminalları layihələrini qeyd edib. O, Azərbaycandan keçən Avropa və Asiya arasında nəqliyyat dəhlizinin sərnişin və yüklərin avtomobil və dəmiryolu vasitəsilə daşınması baxımından ən qısa marşrut olduğunu diqqətə çatdırıb.

Tədbirdə həmçinin Amerika Universitetinin Qara dəniz və Xəzər dənizi hövzəsi üzrə Araşdırmalar Mərkəzinin direktoru Mamuka Tsereteli və Türkiyə İqtisadi Siyasət Araşdırmaları Fondunun Vaşinqton Ofisinin nümayəndəsi Nəslihan Kaptanoğlu çıxış ediblər. Natiqlər çıxışlarında Türkiyə və Gürcüstanda həyata keçirilən infrastruktur layihələrindən bəhs etmiş və Avropa və Asiya arasında ticarətin gələcək inkişafı baxımından Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsinin önəmini vurğulayıblar. M.Tsereteli region dövlətlərinin təhlükəsizliyinin təmin edilməsində nəqliyyat sistemlərinin vacib element olduğunu qeyd edib.

Tədbirin sonunda auditoriyanın suallarını cavablandıran Ziyadov nəqliyyat layihələrinin münaqişələrin, konkret olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllində rolu barədə bildirib ki, Ermənistanın regional nəqliyyat layihələrinə cəlb olunması üçün ən vacib şərt Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır.
Tədbirdə ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin, diplomatik korpus, eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar